Milli komandanın qapıçısı nəyə görə həbs olundu?
4 Aprel 2012 15:28
Fələstinin futbol üzrə olimpiya yığmasının qapıçısı Omar Abu Ravis həbs olunub.
Qol.Az-ın "isra.com"a istinadən verdiyi məlumata görə, 23 yaşlı qolkiper toqquşmada iştirak edərək, İsrail hərbçilərinə atəş açıb.
İnsident yanvarda baş verib. Lakin məqalənin dərcinə bu günlərdə icazə verilib. Ravislə birgə daha 12 nəfər saxlanılıb. Lakin Fələstin Muxtariyyəti FİFA-ya qapıçı ilə bağlı şikayət edib. Ramallah rayonundakı atışma zamanı israillilərdən heç kim xəsarət almayıb.
Atəş açan fələstinlilər Qırmızı Ayparanın əməkdaşları olublar. Abu Ravisə avtomatı isə Fələstin Təhlükəsizlik Xidmətinin zabiti verib.
Qeyd edək ki, Omar Abu Ravis fevralın 29-da yoldaşlıq görüşündə Azərbaycan millisinə 2:0 hesabı ilə qalib gələn Fələstin millisinin heyətində yer almayıb.
Milli.Az