“Yeşilçam”ın məşhur aktyoru vəfat edib

17 Avqust 2022 07:35

"Yeşilçam"ın məşhur aktyoru Rza Pekkutsal 87 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun sənət dostları məlumat yayıb.

Rza Pekkutsal Türkiyənin məhşur komediya aktyoru Kemal Sunalla olan filmləri ilə şöhrət qazanmışdır.

O, həmçinin dublyajçı kimi də fəaliyyət göstərib.

Milli.Az