“Neftçi”nin futbolçusu əməliyyat olundu

16 Avqust 2022 22:48

"Neftçi"nin futbolçusu Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, əməliyyat uğurlu olub və  28 yaşlı müdafiəçi təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.

Xatırladaq ki, Azər Salahlı UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş "Rapid" - "Neftçi" matçının ilk hissəsində zədələnib.

Milli.Az