Goranboyda qəza - Xəsarət alanlar var

16 Avqust 2022 21:26

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarqucaq kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" ilə "Nissan" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az