Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.
O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.
Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.
Milli.Az