Əməkdar artist “Ata ocağı”ndan ayrıldı

16 Avqust 2022 20:11

Əməkdar artist Mehriban Xanlarova "Ata ocağı" serialından ayrılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu aktrisa özü deyib.

"Mən "Ata ocağı"ndan xoşluqla ayrıldım. Növbəti mövsümdə serialda başqa aktyor heyəti yer alacaq. Onlara da uğurlar arzulayıram. Amma deyim ki, tamaşaçılarım gələn mövsüm məni ekranda görə biləcəklər. Oksana Rəsulovanın prodüser şirkətinin istehsalı olan "Son nəfəs" serialında çəkilmişəm. ARB telekanalında həmin serial sentyabr ayında yayımda olacaq"- Mehriban Xanlarova qeyd edib.

Ötən həftə 55 yaşını qeyd edən aktrisa həmin gün şəhid ailəsini ziyarət edib:

"Bu ayda dörd şəhidimiz oldu. Mən onların qəbrlərini ziyarət etdim, ailələrinə baş çəkdim. Allah onlara rəhmət, ailələrinə səbr, qazilərimizə can sağlığı versin. Allah dünyamızı qorusun. Daha müharibə olmasın".

Milli.Az