İdmançılarımız İslamiadada stend atıcılığı yarışlarında qızıl medal qazanıblar - FOTO

16 Avqust 2022 16:56

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında stend atıcılıq yarışlarında qızıl medal qazanıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fuad Qurbanov və Nurlana Cəfərova finalda Küveyt yığmasını 6:3 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az