Ukraynada azərbaycanlı döyüşçü həlak olub

16 Avqust 2022 16:17

Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.

Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzovun "Report"a verdiyi məlumata görə, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada "Gürcü legionu"nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.

O, Donetsk vilayəti istiqamətində həlak olub.

V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.

Milli.Az