Qəzaya düşən maşın müşahidə kamerasının dirəyini aşırdı - FOTO

16 Avqust 2022 13:24

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun təxminən 23-cü kilometrliyində baş verib.

Hərəkətdə olan "Khazar" markalı avtomobil aşıb.

Qəza nəticəsində müşahidə kamerasının dirəyi aşıb. 

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az