“Yeni dilənçiniz xeyirli olsun...” - VİDEO

16 Avqust 2022 17:15

Türk aktyor və aparıcı Mehmet Ali Erbil TikTok hesabında canlı yayımlar açmağa başlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, yayımlarında hədiyyə istəyən Erbilə izləyiciləri və bəzi şou nümayəndələri tərəfindən irad bildirilib.

Diqqət çəkən məqamlardan biri isə sosial şəbəkə fenomeni Ece Ronayın şərhi olub. Belə ki, o "Yeni dilənçiniz xeyirli olsun, Türkiyə" sözlərini yazıb. 

Qeyd edək ki, E. Ronay və Erbil bir müddət əvvəl məhkəməlik olmuşdu.

Milli.Az