Qırmızı xalçadakı öpüş gündəm oldu - VİDEO

17 Avqust 2022 03:37

"78. Venedik" adlı film festivalında dünyaca məşhur aktyor Oskar Ayzekin həmkarı Cessika Çesteyni öpməsi gündəm olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, iki sənətçinin də başqa insanlarla evli olmasına rəğmən bu cür səmimi olmaları müzakirələrə səbəb olub.

O. Ayzek baş verənlərlə bağlı ilk dəfə danışıb. 

O bildirib ki, tanınmış simalar illərlə dostluq edib və burada qeyri-adi heç nə yoxdur:

"Biz aktyoruq. Ondan əlavə, illərin dostuyuq. Hətta universitetə birlikdə getmişik".

Milli.Az