Krımda yunan mədəniyyətinə aid abidələr tapıldı

16 Avqust 2022 08:27

Rusiyanın "BelSU" Milli Tədqiqat Universitetinin arxeoloqları Kerç yaxınlığında aparılan qazıntılar zamanı qədim qala divarları, keramika emalatxanası, taxıl anbarı və Bosfor krallığına aid bir sıra artefaktlar aşkar edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Arxeoloji tapıntıların yunan mədəniyyətinə aid olduğu güman edilir.

"Ən maraqlı material Çokrak gölünün yaxınlığından tapılmış, eni təxminən 2,8 metr olan müdafiə divarıdır. Burada çoxlu keramika parçaları, o cümlədən, amfora tutacaqları, terakota heykəlcik parçası və qablar tapılıb", - arxeoloji qrupun rəhbəri Yelena Semiçeva bildirib.

Milli.Az