Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.
Bütün görüşlər Bakı vaxtı ilə eyni saatda başlayacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
16 avqust
23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)
23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə)
23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland)
Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də baş tutacaq. UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ" Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.
Milli.Az