Aktyorun ölümünün təfərrüatı bəlli oldu

16 Avqust 2022 08:30

Faciəvi şəkildə həyatını itirən aktyor Süreyya Gürsel Evrenin ölümünün təfərrüatı bəlli olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktyor infarkt keçirdiyi üçün huşunu itirərək eyvandan yıxılıb.

Qeyd edək ki, Türkiyənin məşhur aktyoru Süreyya Gürsel Evren avqustun 14-də İstanbulda qonaq kimi getdiyi evin 3-cü mərtəbəsindən yıxılaraq vəfat edib. O, "Masumlar Apartmanı", "Baba", "Arka sokaklar" kimi seriallarda rol alıb.

Milli.Az