Şabranda yanğın 6 kəndi əhatə edib - FOTO

16 Avqust 2022 08:12

Şabrnın Xəlfələr kəndinə ötən gün başlayan yanğın artıq 6 kəndə yayılıb.
Bunu Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev APA-nın Şimal bürosuna açıqlamasında bildirib.

"Ən çox ziyan Dağbilici kəndinə dəyib. Burda bir ev tam yanıb digər iki yardımçı tikilidə yanğın baş verib",- deyə o bildirib.

İlkin Ağayevin sözlərinə görə, hazırda yanğınla bağlı bütün qabaqlayıcı tədbirlər görülüb, kənd ərazisindəki evlərə təhlükə yoxdur.

Yanğın kol-kos olan ərazilərdə hələ də davam edir.

Milli.Az