İrəvandakı partlayışda itkin düşən 6 iranlıdan 5-i Gürcüstanda tapılıb

16 Avqust 2022 08:48

Ermənistanın paytaxtı İrəvanın "Surmalu" ticarət mərkəzindəki yanğında itkin düşmüş hesab edilən altı İran vətəndaşından beşinin sağ oldu bildirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi sosial şəbəkə hesabında bildirib ki, həmin şəxslər Gürcüstandadır.

İran səfirliyinin məlumatına görə, bu vətəndaşlar Ermənistan ərazisindən keçərək Gürcüstana gedirmişlər.

Beləliklə, hazırda itkin düşən vətəndaşların ümumi sayı 18-dir.

Milli.Az