Qusarda 85 yaşlı kişi hovuza düşərək ölüb

16 Avqust 2022 08:43

Qusar rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1937-ci il təvəllüdlü Mühacib Səfərov həyətyanı sahədə hovuza düşüb.

O, Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da həyatını itirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az