ABŞ, Cənubi Koreya və Yaponiya antiraket təlimləri keçirdilər

16 Avqust 2022 08:33

ABŞ Hərbi Dəniz Qüvvələri Koreya Respublikası və Yaponiyadan olan həmkarları ilə birlikdə ballistik raket buraxılışlarına reaksiya üzrə avqustun 8-dən 14-dək "Pacific Dragon" hərbi təlimləri keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonun açıqlamasında deyilir.

Üç ölkənin hərbi dəniz qüvvələri ballistik raket buraxılışlarının xəbərdarlığı, aşkarlaması və izlənməsi təlimlərində iştirak edib.

Qeyd edilib ki, manevrlər Havay adaları sahillərində baş tutub.

Milli.Az