Türkiyə komandosları 4 terrorçunu məhv etdilər

16 Avqust 2022 08:03

Türkiyə Silahlı Qoşunlarının xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında YPG terror təşkilatının (PKK-nın Suriya qolu - red.) 4 üzvünü zərərsizləşdiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumata əsasən, sözügedən terrorçular Türkiyə ordusunun "Sülh çeşməsi", "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları zonalarını atəşə tutublar.

Milli.Az