İranda zəlzələ olub

16 Avqust 2022 07:35

İranda 4,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Kazerun şəhərindən 45 kilometr qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az