İran ordusuna gözlənilməz zərbə - Yüksək rütbəli zabiti öldürüldü

15 Avqust 2022 23:30

İsrail hərbi hava qüvvələrinin Suriyanın Tartus və Dəməşq vilayətlərinə zərbə endirməsi nəticəsində İran ordusunun zabiti ölüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, avqustun 14-də gecə saatlarında baş verən hava hücumu zamanı ümumilikdə 3 nəfərin öldüyü, 3-nün isə yaralandığı bildirilir.

Suriya İnsan Haqları Monitorinq Mərkəzi raket zərbələrinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istifadə etdiyi bazalara endirildiyini iddia edib.

İddiaya görə, hücum zamanı SEPAH-ın yüksək rütbəli zabiti öldürülüb.

Milli.Az