Ostin də koronavirusa yoluxdu

15 Avqust 2022 21:04

Pentaqon rəhbəri Lloyd Ostin koronavirusa yoluxub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə L.Ostinin özü açıqlama yayıb.

O bildirib ki, koronavirusla bağlı test nəticəsi müsbət çıxıb və bu səbəbdən özünütəcrid rejiminə keçir.

Məlumata görə, onun ABŞ Prezidenti Co Baydenlə yaxın təması sonuncu dəfə 29 iyulda olub.

Milli.Az