Balabəy Ağayev İslamiadada qızıl medal qazanıb - FOTO

15 Avqust 2022 19:48

Azərbaycan cüdoçusu Balabəy Ağayev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, Özbəkistan idmançısı Kamran Nurillayevə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az