Türk müğənni Sinan Akçıl həmkarı Hülya Avşar barədə açıqlaması ilə diqqət çəkib.
Milli.Az olay-a istinadən xəbər verir ki, Sinan Hülyanı Türkiyənin ən seksual qadını adlandırıb.
"Geyindiyi paltarlarla özünü cazibədar göstərməyə çalışanlar bir yana, saqqız hərəkəti ilə seksual olduğunu sübut edən yeganə qadın Hülya Avşardır", - deyə, Akçıl fikirlərinə əlavə edib.
Qeyd edək ki, "Yapma Aşkım" adlı yeni klipindən bir hissəni paylaşan Avşar çeynədiyi saqqızı ağzından çıxararaq sinəsinə yapışdırması ilə sosial şəbəkədə gündəm olmuşdu.
Milli.Az