Kərbəla hadisəsində ən çox ziyan görən bədbəxt

16 Avqust 2022 21:55

İmam Məhdinin (ə.f) qiyamı İmam Hüseynin (ə) qiyamına çox bənzəyir. İmam Zamanın (ə.f) da qiyamında bir çoxları orada olmaqdan imtina edəcək və döyüş meydanını tərk edəcəklər. Necə ki, bir dəstə Hüseyn ibn Əlini (ə) tərk etmişdi.

İmam Hüseyn (ə) hərəkət etməzdən əvvəl öz hədəfini bütün tərəfdaşlarına bəyan etmişdi. Onlar qiyamın taleyi ilə tanış idilər.

Ona görə də gələnlərin bir hissəsi çox peşman olmuşdular. Lakin bir dəstə isə bu qiyama can atırdı.

İmam (ə) hələ Məkkədə olan zaman buyurmuşdu: "Hər kim canını bizim yolumuzda fəda etmək istəyirsə, Allahla görüşmək üçün özünü hazır edibdirsə - bizimlə köç etsin. Mən səhər çağı səfərə gedəcəyəm".

Aşura gecəsində Həzrət (ə) üzünü onunla birlikdə qalmış səhabələrinə çevirib buyurmuşdu: "Öz beyətimi sizdən götürürəm. Sizə icazə verirəm ki, gecənin qaranlığından təhlükə yerindən uzaqlaşmaq üçün istifadə edəsiniz".

Bəs bu hadisədə kim daha çox ziyan gördü?

Bu hadisədə ən çox ziyan görən insanın adı Ubeydullah ibni Hürr Cəfi idi. İmam (ə) onu dəvət edən zaman belə demişdi: "Mən öz canımdan qorxuram. Ancaq bir iti qaçan atım vardır ki, nə zaman onunla olsam, qələbə çalıram. Onu sizə hədiyyə edərəm".

İmam (ə) da cavabında buyurmuşdu: "Bizim nə sənə və nə də sənin atına ehtiyacımız vardır".

O, Aşura hadisəsindən sonra çox peşman olur və hətta sonralar Muxtarın yanına gəlir ki, qatillərlə vuruşsun. Ancaq Muxtarı da tək qoyur və Zubeyrin tərəfinə keçir.

Sonra Zubeyrə də arxa çevirir Kufə hökumətini əldə etmək üçün qiyam edir. O, Məsəb ibni Zubeyrlə vuruşur və məğlub olur. Özünü Fərat çayına atır və qərq olur.

Milli.Az