Dünən yol qəzalarında 7 nəfər ölüb

15 Avqust 2022 10:52

Daxili İşlər Nazirliyi (DİN) dünən baş verən yol qəzaları ilə bağlı statistik məlumat açıqlayıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, dünən respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

Milli.Az