Mane “Liverpul”un 150 əməkdaşına hədiyyələr göndərib

15 Avqust 2022 15:30

Sadio Mane "Liverpul"un heyətinə birgə işlərinə görə təşəkkür edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbolçu klubun əməkdaşlarına 150 hədiyyə göndərib.

O, bu yolla təmizlikçi xanımdan mühafizəçiyə qədər hər kəsə minnətdarlığını bildirib.

Hər bir işçi Sadionun şəkli olan şokolad və əlyazması olan açıqca alıb.

Qeyd edək ki, futbolçu "Liverpul"da altı mövsüm keçirdikdən sonra bu yay "Bavariya"ya keçib.

Milli.Az