İrəvandakı partlayışda 20 nəfərin taleyi məlum deyil

14 Avqust 2022 21:33

İrəvanda "Surmalu" ticarət mərkəzində baş vermiş partlayışda 20 nəfərin taleyi barədə məlumat yoxdu.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan deyib.

O bildirib ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, bu gün İrəvanın "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Hadisə zamanı 60 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır.

Milli.Az