Azərbaycanın qadın sablyaçısı Palina Kaspiaroviç Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
İdmançı qızıl medal uğrunda qarşılaşmada qardaş ölkə təmsilçisi İrina Şçukla üz-üzə gəlib. Rəqibinə uduzan Kaspiroviç 2-ci yerlə kifayətlənib.
Səbinə Kərimova və Valeriya Bolşakova isə bürünc medal qazanıblar.
Milli.Az