"Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Macarıstan klubunun rəsmi saytına müsahibə verib.
Rusiyalı mütəxəssis Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a uduzmaları (1:1, 1:3) ilə bağlı da qısa fikir bildirib.
"Qarabağ"la matç artıq tarixdə qalıb. Mərhələ keçə bilmədiyimizə görə təəssüflənirik. Amma irəli baxmalıyıq. Çünki qarşıda mühüm qarşılaşmalar var. "Fehervar"la çempionat görüşünə köklənmişik. Rəqibi analiz etmişik və oyuna tam hazırıq" - deyə Çerçesov bildirib.
Milli.Az