Zöhrə Ağamirova gürzlərlə hərəkətlərdə qızıl medal qazanıb - FOTO

14 Avqust 2022 17:28

Azərbaycan gimnastı Zöhrə Ağamirova V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika yarışlarında qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Z.Ağamirova gürzlərlə hərəkətlərdə birinci yeri tutub.

Gürzlərlə proqramın finalında çıxış edən digər azərbaycanlı gimnast İlona Zeynalova dördüncü yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az