Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə gümüş medal qazanıb - FOTO

14 Avqust 2022 16:35

Azərbaycan gimnastı Zöhrə Ağamirova V İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika yarışlarında gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Z.Ağamirova halqa ilə hərəkətlərdə ikinci yeri tutub.

Halqa ilə hərəkətlərin finalında çıxış edən digər azərbaycanlı gimnast Alina Gözəlova yeddinci yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ətraflı

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az