İslamiadada aerobika gimnastikası: Azərbaycan idmançılarından beş medal - FOTO

14 Avqust 2022 14:54

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının aerobika gimnastikası yarışlarında qalib və mükafatçıların mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışlarda Azərbaycanı aerobika gimnastikası komandasının üzvləri - Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyeva təmsil ediblər.

Ümumilikdə Azərbaycan komandası yarışda beş medal - iki qızıl və üç gümüş qazanıb.

Vladimir Dolmatov kişilər arasında fərdi proqramda qızıl medal qazanıb; Mədinə Mustafayeva qadınlar arasında fərdi proqramda gümüş medal qazanıb; V.Dolmatov və M.Mustafayeva qarışıq cütlüklər tərkibində qızıl medal qazanıblar; Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva və Vladimir Dolmatov üçlük tərkibində isə gümüş medal qazanıblar.

Bununla yanaşı, aerobika gimnastikası üzrə Azərbaycan komandası komanda hesabında İslamiadanın gümüş mükafatçısı olub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az