Azərbaycan gimnastlarından ibarət üçlük İslamiadanın gümüş müdalını qazanıb - FOTO

14 Avqust 2022 14:53

V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlarda üçlük tərkibində çıxış edən Azərbaycan gimnastları gümüş medal qazanıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, üçlüyün tərkibində aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri - Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva və Vladimir Dolmatov olublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az