İrəvandakı partlayışda ölənlərin sayı artıb: 6 ölü - YENİLƏNİB - VİDEO - FOTO

15 Avqust 2022 08:59

15.08.2022

08:59

İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayışda daha bir nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi xəbər verib.

Partlayışda ölənlərin sayı 6-a çatıb.

---------

07:32

İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi xəbər verib.

Partlayışda ölənlərin sayı 5-ə çatıb.

Xilasedicilər dağıntılar altından iki nəfərin meyitini çıxarıblar, onların şəxsiyyəti müəyyən edilməyib.

-----------------

14.08.2022

22:59

İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayışda daha bir nəfər ölüb.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından bir qadının meyiti çıxarılıb.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Son məlumatlara görə, xəsarət alanların sayı 61 nəfərdir.

21:31

İrəvanda partlayışda xəsarət alanların sayı 60-a çatıb.

21:21

Ermənistan Fövqəladə Hallar Nazirliyi dağıntılar altından yanmış qadın cəsədi çıxarıb. Həmçinin dağıntılar altında qalmış 10 nəfər xilas edilib.

Bildirilib ki, partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər ölüb.

17:31

İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

----------

16:42

"Surmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan vətəndaşların sayı 30 nəfərə çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, hazırda partlayış yerində yanğınsöndürmə və axtarış tədbirləri davam etdirilir, dağıntılar altında ölənlərin ola biləcəyi ehtimal edilir.

----------

14:50

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

Milli.Az bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

İlkin məlumata görə, 1 nəfərin öldüyü, 20 nəfərin yaralandığı açıqlanıb.

Milli.Az