Dolmatov və Mustafayeva qarışıq cütlüklər arasında birinci yeri tutublar

14 Avqust 2022 13:50

Azərbaycan gimnastları Vladimir Dolmatov və Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası yarışlarında qızıl medal qazanıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, aerobika gimnastikası üzrə Azərbaycan komandasının üzvləri Dolmatov və Mustafayeva qarışıq cütlüklər arasında birinci yeri tutublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az