Ronaldu baş məşqçiyə qarşı belə hörmətsizlik etdi

14 Avqust 2022 16:52

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində "Brentford"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçi Erik ten Haqın əlini sıxmayıb.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, 90 dəqiqə mübarizə aparan portuqaliyalı superulduz "Brentford Kommyuniti" stadionunun meydançasını tərk edərkən niderlandlı mütəxəssisin yanından keçsə də, əlini ona uzatmayıb.

Xatırladaq ki, MY İPL-in ilk turunda "Brayton"a da uduzub - 1:2. Hazırda ilk 2 turda xal qazana bilməyən "qırmızı şeytanlar" turnir cədvəlinin son pilləsindədir.

Milli.Az