Rusiya bu şəhəri tutduğunu elan etdi - Kiyevdən cavab

14 Avqust 2022 16:37

Donetskin Pesok rayonunun işğal edilməsi barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat təsdiqini tapmayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç danışıb.

Arestoviç rus ordusunun Baxmut yaxınlığında irəliləməsi barədə məlumatı təsdiqləyib. Lakin o qeyd edib ki, rus qoşunları təzyiq göstərsə də, şəhərə daxil ola bilməyib.

Milli.Az