"Mançester Yunayted"in baş məşqçisi klubun 101 illik antirekordunu qırıb

14 Avqust 2022 15:52

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq klubun rekordunu qırıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, mütəxəssis 101 ildə "Mançester Yunayted"in baş məşqçisi kimi ilk iki matçında məğlub olan ilk məşqçi olub. Sonuncu dəfə "Mançester Yunayted"in baş məşqçisi kimi ilk iki görüşü Con Çapman uduzmuşdu.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının (APL) 2-ci turunun matçında klub "Brentford"a məğlub olub (0:4). Bütün qollar görüşün ilk hissəsində vurulub.

Milli.Az