Çimərliyə gedənlərin DİQQƏTİNƏ! - Bu ərazilərdə bata bilərsiniz - VİDEO

14 Avqust 2022 15:22

Havaların kəskin isinəcəyi xəbəri dənizə üz tutanların sayını artırıb. Ancaq təəssüf ki, təkcə dünən 4 nəfər dənizdə boğulub. Onlardan 3-ü dünyasını dəyişib. Vətəndaşlar dənizə gedərkən diqqətli olmalıdırlar. Əks halda belə təhlükələrlə üzləşə bilərlər. 

Havalar yenidən isindi. İstirahət gününü fürsət bilənlər dənizə üz tutdu.

Görüntülər paytaxtda Şıxov qəsəbəsi ərazisində yerləşən ictimai çimərlikdəndir. Səhər saatlarından etibarən yüzlərlə insan çimərliyə istirahətə gəliblər.

Ancaq dənizə gedənlər diqqətli olmalıdırlar. Ani diqqətsizlik və özünə arxayınlıq boğulmanıza səbəb ola bilər. Fövlqəladə Hallar Nazirliyinin məlumatına əsasən təkcə dünən 4 nəfər dənizdə boğulub. Onlardan 3-ü dünyasını dəyişib... 

Nazirliyin kiçik həcimli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin böyük inspektoru Əlibaba Əlizadə deyir ki, vətəndaşlar məsuliyyətli olmalı, üzmə sərhədlərini məhdudlaşdıran nişanları keçib dənizin içərilərinə doğru üzməməldir.

Qeyd edək ki, nazirlik tərəfindən bu il ümumilikdə suda boğulma təhlükəsi ilə üzləşən 154 nəfər xilas edilib. 

Milli.Az