“Meari” tropik qasırğası Yaponiya sahillərinə çatıb

14 Avqust 2022 14:22

Tokionun cənubuna yaxınlaşan "Meari" tropik qasırğası şimal-şərq istiqamətində hərəkət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, saniyədə 30 metr sürətlə əsən külək və güclü yağışlar səbəbindən Tokioda təqribən 10 min evə elektrik enerjisinin verilişi kəsilib.

Təbii fəlakət səbəbindən zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Yerli sakinlərə torpaq sürüşmələri, daşqınlar, şimşək çaxması və güclü külək barədə xəbərdarlıq edilib.

Milli.Az