Stiven Hokinqin avtomobili satışa çıxarılıb - FOTO

14 Avqust 2022 09:52

Mərhum fizik Stiven Hokinqin şəxsi avtomobili Britaniyanın Silverstone hərracında satışa çıxarılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tanınmış alim 1995-ci ildə öz toyunda "Volkswagen Caravelle GL 112" mikroavtobusundan istifadə edib.

1988-ci il istehsalı olan avtomobil 112 at gücünə malik 2,1 litrlik benzin mühərriki ilə təchiz edilib. Onun yürüş məsafəsi 145 min km-dir.

Hərrac avqustun 27-də keçiriləcək.

Qeyd edək ki, Hokinq 2018-ci ilin martında 76 yaşında vəfat edib. 1963-cü ildə Hokinq Oksford Universitetini bitirərkən həkimlər ona amiotrofik skleroz diaqnozu qoyublar. Bu xəstəlik insan əzələlərinin hərəkətini qeyri-mümkün edir.

Milli.Az