İslamiadada daha bir güləşçimiz bürünc medal qazanıb

14 Avqust 2022 09:07

Azərbaycanın yunan-roma güləşçisi Sabah Şəriəti V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, Qazaxıstan idmançısı Anton Savenkoya 5:0 hesabı ilə uduzub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.

Milli.Az