"Alınmırsa, cəzalanacaqsan" - Aleksey Baqa

13 Avqust 2022 23:23

"Atmosfer çox yaxşı idi. Ölkənin ən yaxşı klubu bu gün meydanda idi. Bizi də dəstəkləyənlər kifayət qədər çox idi. "Qarabağ" kimi komandalara qarşı nəticə əldə etmək üçün imkanlardan yararlanmaq lazımdır. Alınmırsa, cəzalanacaqsan".

Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Ouro-Nil Turenin zədəsi var. Oyundan sonra dəqiqləşdi. Bunun üzərində işləməliyik. Sonra qol vurub, heyətə düşməlidir" - deyə o bildirib.

Mütəxəssis son dəqiqələrdə qollar buraxdığı üçün təəssüf hissi keçirdiyini söyləyib: "Daha çox futbolçulara görə pis oldum. Meydanda öz güclərini qoydular. Texniki zonada biz də müəyyən hisslər keçiririk. Lakin daha çox oyunçulara görə məyusam".

Milli.Az