Renat Dadaşov İsveçrədə 3-cü qolunu vurdu

13 Avqust 2022 23:21

İsveçrə çempionatında 5-ci turun oyunları keçirilir.

Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" bu turda səfərdə "Syon"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
 
Renat bu görüşdə iştirak edib. O, 46-cı dəqiqədə meydana daxil olub. Millimizin üzvü 63-cü dəqiqədə komandasının ikinci qolunu vurub. Bu, onun İsveçrə çempionatında 3-cü qolu olub.

"Qrasshopper" hazırda 9 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.

Milli.Az