Abbasovdan qələbə şərhi

13 Avqust 2022 23:16

"9 ildən sonra Tovuz komandası Premyer Liqadadır. Bu gün ilk qələbəmizi qazandıq".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının II turunun "Səbail"lə səfər oyunundan sonra fikirlərini "CBC Sport"a açıqlayıb: "Azarkeşləri, rəhbərliyi təbrik edirəm. Bu gün bizi dəstəkləməyə gəlmişdilər. Bu gün istənilən nəticə ola bilərdi. Bir az səbirli olmaq lazımdır. Oyundan-oyuna daha yaxşı olacağıq. Natan Oduvanın çatışmayan cəhəti qol vurmaması idi. Biz ona inanırıq. Potensialını bilirik. Ən yaxşılarımızdan biri idi. Digərlərini də yaddan çıxarmayaq. "Səbail"də yaxşı oynadı. Qələbə qazanmaq istəyirdi".

Qeyd edək ki, "Səbail" - "Turan Tovuz" oyununda qonaqlar 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az