Pakistanda güclü yağışlar 10 nəfərin həyatına son qoyub

13 Avqust 2022 23:11

Pakistanın Bəlucistan və Sind əyalətlərində güclü yağışlar nəticəsində 10 nəfər ölüb.

Bölgədə 40 mindən çox evə ziyan dəyib, bir çox kənd təsərrüfatı sahələri su altında qalıb.

Həmçinin, Ketta ilə Kəraçi arasındakı quru yolu su altında qaldığından, Bəlucistanın Sind əyaləti ilə əlaqəsi kəsilib. Bütün ştatda 2100 kilometr avtomobil yolu və 25 körpü də yağışlar nəticəsində zədələnib.

Bununla yanaşı, təbii fəlakət ucbatından Çaman və Ketta arasında qatar səfərləri də dayandırılıb.

Qeyd edək ki, iyunun 1-dən bəri musson yağışları nəticəsində təkcə Belucistanda ölənlərin sayı artıq 182-yə yüksəlib.

Milli.Az