Pakistanda terror aktı: Ölən və yaralananlar var

13 Avqust 2022 23:08

Pakistanın Şimali Vəziristan bölgəsində terror aktı həyata keçirilib.

Hadisə zamanı 3 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

Məlumata görə, Mir Əli rayonunda yol kənarında dayanan motosikletdə quraşdırılmış bomba partladılıb.

Hadisəyə görə məsuliyyəti hələ ki, heç kim üzərinə götürməyib.

Milli.Az