13 Çin təyyarəsi Tayvan boğazını keçib

13 Avqust 2022 21:53

13 Çin təyyarəsi Tayvan boğazının orta xəttini keçib.

Bu barədə "Reuters" ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Pekin iddia etdiyi ada yaxınlığında hərbi fəaliyyətlərini davam etdirir",- deyə nazirlik bildirib.

Tayvan ətrafında vəziyyət ABŞ Konqresinin Aşağı Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində adaya planlaşdırılan səfərlə bağlı bəyanatından sonra gərginləşməyə başlayıb.

Milli.Az