Qətərin XİN müavini Əli Baqiri ilə görüşüb

13 Avqust 2022 21:52

Qətər xarici işlər nazirinin regional məsələlər üzrə müavini Məhəmməd Əl-Xelaifi İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri ilə görüşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Tehranda baş tutan görüşdə regional və beynəlxalq hadisələr müzakirə edilib.

Tərəflər həmçinin hərtərəfli birgə fəaliyyət planını inkişaf etdirmək üçün danışıqlar prosesini müzakirə ediblər.

Milli.Az